Yəmənin Ənsar Allah hərəkatının Ali Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşət səfirlikləri Təl-Əvivdə yerləşən dövlətləri diplomatik nümayəndəliklərini daha təhlükəsiz yerə köçürməyə çağırıb.
Ucnoqta.az xəbər verir ki, onun sözlərini Al Masirah yazıb.
Əl-Məşat bu müraciəti Təl-Əvivin Yaffa bölgəsində husilərin hədəfinə çevrilə biləcək saytların yaxınlığında yerləşən səfirliklər üçün risklə əlaqələndirdi.
O, İsrail hökumətini səfirliklərin təhlükəsizliyini təmin etmək üçün onların köçürülməsini təmin etməyə çağırıb.