Tailand-Kamboca sərhədindəki gərgin vəziyyəti həll etmək üçün Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) xarici işlər nazirlərinin xüsusi görüşü dekabrın 22-də keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Malayziya Xarici İşlər Nazirliyi məlumat verib.
"The Star" qəzeti xəbər verir ki, ASEAN xarici işlər nazirlərinin xüsusi görüşünün keçirilməsi, Kamboca və Tailand arasındakı münasibətlərdəki vəziyyəti həll etmək səylərinin bir hissəsi olaraq, Malayziya, Kamboca və Tailandın baş nazirləri Ənvər İbrahim, Xun Manet və Anuthin Çanvirakun tərəfindən 11 dekabrda qəbul edilmiş qərarlardan sonra baş verir.
Qəzetin qeyd etdiyi kimi, görüş əvvəlcə 16 dekabra planlaşdırılmışdı, lakin Banqkokun xahişi ilə 22 dekabra təxirə salındı.