Konqres Trampı dəstəkləyir

14:11 - 15 Dekabr 2025 - Xəbər

ABŞ Konqresi Suriyada amerikalılara edilən hücuma cavab olaraq Prezident Donald Trampın İslam Dövləti ilə mübarizədəki hərəkətlərini dəstəkləməyə hazırdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Senatın Silahlı Qüvvələr Komitəsinin üzvü, İndiana ştatından olan respublikaçı senator Cim Benks Fox News-da bildirib.

"Hücuma görə məsul olanları tapacağıq, onları məsuliyyətə cəlb edəcəyik və ABŞ Konqresi bu işdə prezidenti dəstəkləyəcək", - Benks bildirib.

O, əlavə edib ki, ABŞ senatorları Trampın İŞİD-i məhv etmək səylərində onu dəstəkləmək niyyətindədirlər.

Xəbər xətti