Biləsuvarda gəlin qaynanasını boğub öldürdü

09:51 - 15 Dekabr 2025 - ÖLKƏ İÇİ

Biləsuvar rayonunda qətl hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.

Belə ki, bir müddət əvvəl beyindaxili təzyiqdən öldüyü bildirilən 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın qətlə yetirildiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qadının boğularaq öldürüldüyü məlum olub. Qətl hadisəsində şübhəli bilinən mərhumun gəlini Gülbəniz Həsənzadə və gəlinin qardaşı Qasım Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti