Paşinyan Ermənistanın KTMT-dən çıxmasından danışdı

13:15 - 23 Aprel 2026 - DÜNYA

"KTMT-dən sonda çıxıb-çıxmayacağımız başqa məsələdir, deyə bilmərəm".

Ucnoqta.az xəbər verir ki, Ermənistan Baş naziri hökumət iclasından sonra jurnalistlərə bildirib.
Nikol Paşinyan hazırda ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) de-yure və ya de-fakto çıxacağına dair cavab verə bilməyəciyini deyib.
"Seçki platformamızda açıq şəkildə bildirilir ki, KTMT daxilində işi gücləndirmək üçün heç bir konkret addım atmayacağıq. Yəni, münasibətlərin yaxşılaşması gözlənilmir. KTMT-dən de-yure və ya de-fakto çıxacağımız başqa məsələdir, deyə bilmərəm. Vəziyyətə uyğun hərəkət edəcəyik", - deyə Paşinyan qeyd edib.

Xəbər xətti