Etirazlarla bürünən Los-Ancelesə Milli Qvardiya qoşunlarının yeridilməsi ABŞ hökumətinə 130 milyon dollardan çox başa gələcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Pentaqon katibinin xüsusi köməkçisi Brin Ullakott Makdonnell bildirib ki, qoşunların yerləşdirilməsi xərclərinin cari təxminləri 134 milyon dollar səviyyəsində müəyyən edilib. Onun sözlərinə görə, bunlar əsasən maddi-texniki təchizat, yaşayış və yemək xərcləridir.