Braziliya və Ekvador Dünya Çempionatına vəsiqə qazanıb

07:38 - 11 İyun 2025 - İDMAN

Braziliya və Ekvador milli futbol komandaları 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında iştirakını təmin ediblər.

Ucnoqta.az xəbər verir ki, seçmə turnirin qrup mərhələsinin 16-cı turunun matçında Braziliya millisi evdə Paraqvay yığmasına 1:0 hesabı ilə qalib gəlib.

Ekvadorlular səfərdə Peru millisi ilə 0:0 bərabərə qalıb. Hər iki komandanın 25 xalı var və altıncı yerdən aşağı düşməyəcəklər. Bu da birbaşa çempionata vəsiqə qazanmaq hüququ verir.
Altıncı yeri 22 xalla çərşənbə gecəsi argentinalılarla səfərdə heç-heçə edən (1:1) Kolumbiya millisi, 18 xalla yeddinci yerdə XVI turda səfərdə uruqvaylılara uduzan (0:2) Venesuela yığması qərarlaşıb.

Xəbər xətti