Hazırda Azərbaycanda qızılcaya yoluxma halı yoxdur - GEM

12:00 - 10 İyun 2025 - Cəmiyyət

Hazırda Azərbaycanda qızılca xəstəliyi qeydə alınmır.

Bu barədə Ucnoqta.az-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanda kifayət qədər həm uşaqların vaksinasiyası üçün Qızılca-Parotit-Məxmərək peyvəndi, həm də böyük yașlı əhali üçün Qızılca-Məxmərək peyvəndi mövcuddur.

Həmçinin qeyd olunub ki, ölkədə epidemiloji vəziyyət sabitdir.

Xəbər xətti