2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında İsrail tərəfindən öldürülən jurnalistlərin sayı 227-yə yüksəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, fotojurnalist Məhəmməd Əbu Əl-Auf İsrailin Qəzza şəhərinə endirdiyi zərbə nəticəsində həlak olub və nəticədə üç tibb işçisi də həlak olub. Mərhum fotojurnalist Fələstin anklavında bir neçə media orqanında çalışıb.