Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

18:10 - 7 İyun 2025 - ÖLKƏ İÇİ

Qax rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib.

"Report"un məlumatına görə, hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Turaclı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qax istiqamətində hərəkətdə olan "Honda" və "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti