Kanadalı Sammer Makintoş 400 metr məsafəyə sərbəst üsulla üzmədə yeni dünya rekordu müəyyənləşdirib.
Kanadada keçirilən yarışda 18 yaşlı idmançı məsafəni 3 dəqiqə 54,18 saniyəyə qət edib. Bundan əvvəlki dünya rekordu 2023-cü ildə Yaponiyanın Fukuoka şəhərində keçirilən dünya çempionatında 3 dəqiqə 55,38 saniyə nəticə göstərən dördqat olimpiya çempionu avstraliyalı Ariarna Titmusa məxsus idi.
Makintoş üçqat olimpiya çempionudur. Kanadalı dünya çempionatında dörd qızıl medal qazanıb.