Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun 40 yaşlı hücumçusu Kriştiano Ronaldu millinin Millətlər Liqasındakı qələbəsindən sonra karyerasını başa vurmasından danışıb.
Ucnoqta.az xəbər verir ki, onun X sosial şəbəkəsindəki sözlərini jurnalist və insayder Fabrizio Romano yayıb.
"Bilirsən neçə yaşım var. Açığı, əvvəlkindən daha çox sona yaxınlaşıram, amma hər anımdan həzz almalıyam. Əgər ciddi zədə almasam, o zaman davam edəcəm" - Ronaldu dedi.