Türkiyə Prezident Administrasiyası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi respublika rəhbəri Rəcəb Tayyib Ərdoğanın səhhətinin pis olması ilə bağlı iddiaları təkzib edib.
Ucnoqta.az xəbər verir ki, mərkəz onları əsassız adlandırıb.
"YouTube kanallarından birində prezidentimizin səhhəti ilə bağlı əsassız iddialar irəli sürülüb. Efirdə işlədilən ifadələrdə əsassız ittihamlar, təhqirlər var və prezidentə qarşı hücumdur", - mərkəzin açıqlamasında deyilir.
“Prezidentimiz Türkiyə Cümhuriyyətinin başçısı kimi konstitusion səlahiyyət və vəzifələrini yerinə yetirir və millətimizə xidmət etmək üçün hər cür səy göstərir.
Prezidentimizlə ünsiyyətdə olan dövlət başçıları, siyasətçilər və digər rəsmilər onun problemləri nə qədər yaxşı başa düşdüyünü, yaddaşının nə qədər güclü olduğunu, qərarların qəbul edilməsində əzmkar olduğunu bilirlər”, - deyə məlumatda bildirilir.