"Barselona"nın və İspaniya millisinin futbolçusu Lamin Yamal "Transfermarkt"ın versiyasına görə dünyanın ən bahalı futbolçusu olub.
Ucnoqta.az xəbər verir ki, 17 yaşlı Yamalın bazar dəyəri 200 milyon avro olaraq qiymətləndirilir. İlk beşliyə həmçinin "Real Madrid"in ingilis yarımmüdafiəçisi Jude Bellinqhem (180 milyon avro), "Mançester Siti"nin hücumçusu norveçli Erlinq Haaland (180 milyon avro), "Real"ın hücumçuları fransalı Kilian Mbappe (180 milyon avro) və braziliyalı Vinisius (170 milyon avro) daxildir.