Məşhur futbolçular Fransada qarət edildi

09:00 - 9 İyun 2025 - Cəmiyyət

Gürcüstan millisinin futbolçuları Xviça Kvaratsxeliya və Zuriko Davitaşvili Fransada qarət edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Geo Team məlumat yayıb.

Məlumata görə, futbolçulardan qızıl-zinət əşyaları, çantalar və saatlar oğurlanıb. Hadisə futbolçular ailələri ilə Kannda istirahət edərkən baş verib. İdmançıların özləri zərər görməyib.

Xatrıladaq ki, Kvaratsxeliya Paris Saint-Germain-də, Davitaşvili "Sent-Etyen"də çıxış edir. 

Xəbər xətti