Azad edilmiş ərazilərdə daha 68 mina, 129 PHS aşkarlanıb

14:41 - 10 İyun 2025 - Xəbər

İşğaldan azad olunmuş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat (02–09 iyun 2025) açıqlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Ucnoqta.az-a verilən məlumata əsasən, 2025-ci ilin 2–9 iyun tarixləri arasında işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları həyata keçirilib.

Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında aparılan əməliyyatlar nəticəsində:

  • 52 ədəd piyada əleyhinə mina,

  • 16 ədəd tank əleyhinə mina,

  • 129 ədəd partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində ümumilikdə 889,2 hektar ərazi mina və digər təhlükəli sursatlardan tam təmizlənib.

Xəbər xətti