İsrail 220 "Hizbullah" hədəfinə zərbə endirib

00:41 - 27 Sentyabr 2024 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələri bir gündə Livanda şiə Hizbullah hərəkatının 220 hərbi obyektinə hücum edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

İsrail ordusu vurulan hədəflər arasında “terror hədəfləri”, “İsrail ərazilərini atəşə tutmaq üçün istifadə edilən buraxılış qurğuları”, raket və silah anbarları və silahlı radikalları olduğunu bildirib.

Qeyd olunur ki, İsrail Müdafiə Qüvvələri Hizbullahın terrorçu imkanlarını zəiflətmək və məhv etmək üçün fəaliyyətini davam etdirir.

Xəbər xətti