Qrossi Zaporojye AES-in atəşə tutulduğunu təsdiqləyib

22:31 - 25 Sentyabr 2024 - DÜNYA

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) rəhbəri Rafael Qrossi Zaporojye atom elektrik stansiyasının pilotsuz təyyarələrin hücumları ilə yanaşı atəşə məruz qaldığını bir daha təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, AEBA rəhbəri bu barədə Prinston Universitetində danışıb.

Qrossinin sözlərinə görə, Ukrayna əvvəlcə onu 2022-ci ildə Zaporojye Atom Elektrik Stansiyasına getməkdən çəkindirib, çünki bu, guya işğalı qanuniləşdirib.
Qrossi əlavə edib ki, hazırda onun Ukrayna prezidenti Volodimir Zelenski ilə dialoqu var.

Xəbər xətti