Azərbaycan 7-ci Çin Beynəlxalq Sərgisində təmsil olunur

12:13 - 25 Sentyabr 2024 - Xəbər

Azərbaycan 24-26 sentyabrda keçirilən 7-ci Çin Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində təmsil olunur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC milli pavilyonun iştirakçılarıdır.

Pavilyonda Bakıda keçiriləcək #COP29 tədbiri, “yaşıl” nəqliyyat, Orta Dəhliz və digər istiqamətlərdə müxtəlif təqdimatlar, videoçarxlar, məhsul və həllər nümayiş etdirilir.

Xəbər xətti