İcra başçısının qardaşını “tok” vurub öldürdü

13:02 - 25 Sentyabr 2024 - HADİSƏ

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə ağır itki üz verib. 

Modern.az saytının məlumatına görə, icra başçısının qardaşı Habil Quliyev faciəli şəkildə vəfat edib. 

Mərhumu elektrik cərəyanı vurub. Hadisənin dünən baş verdiyi qeyd edilir. Hüzr mərasiminin Habil Quliyevin ata evində - Lənkəran şəhərində olacağı bildirilib.

Allah rəhmət eləsin. 

Xəbər xətti