Minimum əmək haqqındakı gözlənilən artım kimlərə şamil olunacaq? - AÇIQLAMA

10:49 - 25 Sentyabr 2024 - Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əməkhaqqı yenidən artırılacaq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təklifləri noyabrın 1-dək təqdim edəcəyi gözlənilir. Bununla bağlı bizə ünvanlanan müraciətlərdə gələn ildən kimlərin maaşlarının artırılacağı ilə bağlı suallar üstünlük təşkil edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli MəcLisin deputatı Vüqar Bayramov bildirib.  Deputatın sözlərinə görə, minimum əmək haqqındakı gözlənilən artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək:

"Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da minimum əmək haqqı məbləğindəki dəyişklikliyə uyğunlaşdırılaraq artırılır.

İqtisadiyyatın fərqli sahələrində çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əmək haqqları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Minimum əmək haqqının gözlənilən artırım paraktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır".

Vüqar Bayramov qeyd edib ki, gözlənilən artımlar həmçinin özəl sektoru da əhatə edir: 

"Çünki gələn ilin əvvəli üçün gözlənilən minimum əmək haqqı artımları mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda çalışan və aşağı maaş alan işçiləri əhatə edir. Yəni, heç bir sektorda minimum əmək haqqı məbləğindan aşağı maaş ödənilə bilməz".

Xəbər xətti