Dodaq doldurucularında xərçəng riski

07:19 - 24 Sentyabr 2024 - Cəmiyyət

Araşdırmalar bəzi dodaq dolgularının xərçəng kimi ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini ortaya çıxarıb. 

Ucnoqta.az xəbər verir ki, İngiltərədəki Teesside Universitetindən Dr. Kalliopi Dodounun rəhbərlik etdiyi araşdırma, dodaq doldurucularında istifadə edilən maddələrin qan axınına təsir göstərərək xərçəngə səbəb ola biləcəyini ortaya çıxarıb.

Doldurmalarda istifadə edilən bəzi kimyəvi maddələrin keyfiyyətsiz ola biləcəyini ifadə edən Dodou, bu maddələrin damar sistemi ilə qarışaraq qan dövranını mənfi təsir edə biləcəyini qeyd edib.

Araşdırmalar göstərir ki, bəzi doldurucular zamanla bədənə sorulur, lakin bəziləri bədəndə uzun müddət qalır.
Bu vəziyyət sağlamlığı təhdid edir.
Mütəxəssislər bildirirlər ki, bu səbəblə dolgu aparılacaq yerin gigiyenik şəraitdə olması və istifadə olunan materialların keyfiyyəti böyük əhəmiyyət kəsb edir.

Xəbər xətti