Hindistanda 8 nəfəri ildırım vurub öldürdü - 6-sı məktəblidir

15:52 - 23 Sentyabr 2024 - DÜNYA

Hindistanın Çhattisqarh ştatında ildırım vurması nəticəsində altısı məktəbli olmaqla 8 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə vilayət hökumətindən məlumat verilib.

Orta məktəb şagirdləri imtahanlardan sonra dərsdən qayıdarkən yağış yağmağa başlayıb.
Onlar bir ağacın altına sığındılar. Altı yeniyetmə və iki böyük ildırım vurması nəticəsində həlak olub. Daha bir şagird isə ağır yaralanıb.

Çhattisqarh hakimiyyəti həlak olanların ailələrinə 400 min hind rupisi (təxminən 4,8 min dollar) məbləğində təzminat ödənildiyini açıqlayıb.

Xəbər xətti