ABBA qrupunun üzvü vəfat edib

14:40 - 23 Sentyabr 2024 - HADİSƏ

İsveçin ABBA pop qrupunun nağara ifaçısı Rocer Palm 76 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Aftonbladet məlumat yayıb.

Musiqiçi sentyabrın 21-də dünyasını dəyişib. Məşhur qrupun üzvünün ölüm səbəbi Alzheimer xəstəliyinin fəsadları olub. 

Rocer Palm 1949-cu ildə anadan olub. O, Gimmicks, Beatmakers və Moonlighters kimi qruplarda oynadı, lakin daha çox ABBA-nın nağaraçısı kimi tanınırdı.

Xəbər xətti