Fransanın dövlət borcu 3 trilyon avronu keçib və ölkə iqtisadiyyatı son dərəcə çətin vəziyyətdədir.
Ucnoqta.az xəbər verir ki, bunu “France 2” telekanalının efirində respublikanın baş naziri Mişel Barnye deyib.
"Ölkəmiz son dərəcə çətin bir vəziyyətdən keçir.Fransanın borcu 3 trilyon avrodur və ona ildə 50 milyard avrodan çox xərc tələb olunur" - Barnye qeyd edib.
Telekanalın məlumatına görə, Fransanın dövlət borcu 3,16 trilyon avroya yaxındır.
Hökumət başçısı ən varlı fransız xalqının gəlirlərinə vergilərin artırılmasını istisna etməyib.