Harris seçki kampaniyasına Trampdan 5 milyon dollar çox xərcləyib

15:03 - 23 Sentyabr 2024 - DÜNYA

Demokratlardan prezidentliyə namizəd Kamala Harrisin kampaniyası onun seçkilərdəki əsas rəqibi Respublikaçı Donald Trampın kampaniyasından gündə 5 milyon dollar çox xərcləyir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məlumata görə, Harris avqust ayında gündə orta hesabla 7,5 milyon dollar, Trampın 2,6 milyon dolları ilə müqayisədə xərcləyib.

Nəşr yazır ki, Wall Street və Silikon Vadisi donorlarının ianələri demokrat namizədə Tramp əleyhinə hücuma keçməyə imkan verib.
ABŞ Federal Seçki Komissiyasının məlumatına görə, Harris sentyabr ayında kampaniyaya 404 milyon dollar, Tramp isə 295 milyon dollarla daxil olub.

Xəbər xətti