Stadionu su basdı - oyun təxirə salındı

13:16 - 23 Sentyabr 2024 - İDMAN

Londondakı "Cherry Red Records" Stadionunda baş verən daşqın səbəbindən Liqa Kubokunun 3-cü turu çərçivəsində keçiriləcək "Nyukasl" - "Uimbldon" matçı təxirə salınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Nyukasl"ın mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma sentyabrın 24-də baş tutmalı idi, görüşün yeni tarixi daha sonra müəyyənləşəcək.
Hər iki klub İngiltərə Futbol Liqasının rəhbərləri ilə danışıqlar aparır.

Daşqınlara güclü yağışlar səbəb olub və stadionun meydançasında krater yaranıb.
Tribunalardan birinin arxasındakı oturma sahəsi tamamilə su altındadır. Stadiona dəyən zərərin təxminləri hələ açıqlanmayıb.

Xəbər xətti