Bakıda 16 küçədə tıxac yaranıb - SİYAHI

08:19 - 23 Sentyabr 2024 - AVTO

Bakının bir çox küçə və prospektlərində tıxac yaranıb.

Ucnoqta.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hal-hazırda yollardakı vəziyyət: 
 1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
 2. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
 3. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından  "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
 4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
 5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
 6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
 7. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
 8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
 9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 10. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 11. Babək prospekti, mərkəz istiqamətində;
 12. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 13. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
 14. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
 15. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 16. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər xətti