Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edilib - SƏRƏNCAM

14:49 - 23 Sentyabr 2024 - Xəbər

Əli Cavad oğlu Əhmədov Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib.

Ucnoqta.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Ə.Əhmədov sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilib. O, yeni çağırış parlamentin ilk iclasında Milli Məclis sədrinin birinci müavini seçilib.

Xəbər xətti