Borrell Livanda eskalasiyanı son dərəcə təhlükəli adlandırıb

06:03 - 24 Sentyabr 2024 - DÜNYA

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Livandakı eskalasiyanı son dərəcə təhlükəli və “tammiqyaslı müharibəyə” yaxın adlandırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

"Vəziyyət son dərəcə təhlükəlidir və narahatlıq doğurur. Deyə bilərəm ki, biz demək olar ki, tammiqyaslı müharibə vəziyyətindəyik", - Avropa diplomatiyasının rəhbəri Nyu-Yorkda keçirdiyi mətbuat konfransında zərbələrin intensivliyinin artdığını və həlak olanların sayının artmasını qeyd edib..

Xəbər xətti