“WhatsApp” yeni funksiya

23:42 - 23 Sentyabr 2024 - MARAQLI

Məşhur WhatsApp messencerində müvafiq emojinin üzərinə kliklədiyiniz zaman stiker göndərməyi təklif edən yeni funksiya olacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb.

Mütəxəssislər bildiriblər ki, messencer dialoq qutusunda emojinin üzərinə kliklədiyiniz zaman göndərmək üçün stikerlər təklif edəcək.
Məqalədə qeyd edilir ki, istifadəçilər funksiya üzərində tam nəzarəti saxlayırlar.
Mütəxəssislər əlavə edib ki, əgər onlar avtomatik təklifləri lazımsız hesab edərlərsə, bu seçimi istənilən vaxt proqram parametrləri vasitəsilə söndürə bilərlər.
Yenilik inkişaf mərhələsindədir və iOS cihazları üçün gələcək proqram yeniləməsində əlçatan olacaq.

Xəbər xətti