Tayvana yaxınlaşan 23 Çin təyyarəsi aşkarlanıb

08:44 - 25 Sentyabr 2024 - DÜNYA

Tayvan silahlı qüvvələri bu səhər adaya yaxınlaşan 20-dən çox Çin Xalq Azadlıq Ordusunun təyyarəsini qeydə alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə adanın müdafiə departamenti məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 07:10-dan başlayaraq Çin ordusunun 23 təyyarəsi, o cümlədən J-16 qırıcıları və KJ-500 erkən xəbərdarlıq təyyarələri adaya yaxınlaşıb.
Bunlardan 22 təyyarə Tayvan boğazının median xəttini keçərək adanın cənub-qərb və şərq hissələrində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub.

Xəbər xətti