Mask Twitter əməkdaşına qarşı məhkəmədə uduzub

10:25 - 24 Sentyabr 2024 - DÜNYA

 Elon Musk 2022-ci ildə şirkətin kütləvi ixtisarından sonra şirkətin sahibindən işdən çıxma pulu istəyən Twitter əməkdaşının (indiki X) qaldırdığı iddianı uduzub.

Bu barədə məhkəmənin hökmünü nəzərdən keçirən Bloomberg agentliyi məlumat yayıb.

Vəkil Şannon Liss-Riordan bildirib ki, razılaşmaya əsasən, iddiaçı tam işdən çıxma paketi alacaq. Onun sözlərinə görə, belə bir qərar işdən çıxma haqqı ilə bağlı digər oxşar işlərə yaşıl işıq yandıra bilər.
Liss-Riordan daha 15 işin arbitraj dinləmələrindən keçdiyini və növbəti bir neçə ay ərzində daha qənaətbəxş qərarların veriləcəyini gözlədiyini söyləyib.

Daha əvvəl xəbər verildiyi kimi, X şirkətinin keçmiş işçiləri işdən çıxarıldıqdan sonra müavinətlərin ödənilməməsinə görə Maska qarşı arbitraj məhkəməsinə təxminən 2,2 min ərizə verib.
Dörd ABŞ senatoru işçilərin kütləvi şəkildə ixtisar edilməsindən sonra ABŞ qanunlarını pozmaqda ittiham olunan sahibkara məktub göndərib.
Qanunvericilər işçilərin ixtisarı və “yeni layihələrin tələsik işə salınmasından” sonra şirkətin bütün öhdəliklərini yerinə yetirə bilməyəcəyindən ehtiyat edirdilər.///tass

Xəbər xətti