Şamaxıda cibgirlik edən iki nəfər saxlanılıb

09:27 - 24 Sentyabr 2024 - HADİSƏ

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı cibgirlik edən, əvvəllər dəfələrlə məhkum olunmuş Tahir Abdullayev və Səlvər Salmanov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, onların rayon ərazisində yerləşən bazarda zərərçəkənlərdən birinin cibində olan 3400 manatı oğurladıqları müəyyən edilib.

Faktla bağlıı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bu şəxslərin əməllərindən zərər görən başqa vətəndaşlar varsa polis orqanlarına məlumat verə bilərlər.

Xəbər xətti