Daşkəsəndə maşın dərəyə aşıb, ölən və yaralanan var

09:28 - 24 Sentyabr 2024 - HADİSƏ

Daşkəsəndə maşın dərəyə aşıb, ölən və yaralanan var

APA xəbər verir ki, hadisə Daşkəsən-Əmirvar yolunun 15-ci km-də baş verib. Kənd sakini Əhmədov Eşqin Arzu oğlu idarə etdiyi Vaz 2106 markalı avtomobillə hərəkətdə olan zaman hava şəraitinin əlverişsiz olması səbəbindən yolun kənarında olan plakata dəyib və yoldan çıxaraq dərəyə düşüb.

Hadisə nəticəsində sürücü ölüb. Həmin vaxt avtomobildə olan sərnişin İsrəfilov Mehman İdris oğlu isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Xəbər xətti