Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi

10:21 - 25 Sentyabr 2024 - Cəmiyyət

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Köçərli Həsənov vəfat edib.

Ucnoqta.az xəbər verir ki, səhhəti pisləşən K.Həsənov bu gün səhər saatlarında dünyasını dəyişib.

Bildirilir ki, K.Həsənov İstanbulda ürək əməliyyatı keçiribmiş. Əməliyyatdan sonra o, həyatını itirib.

Köçərli Həsənov 10 noyabr 1961-ci ildə Saatlı rayonu Əlisoltanlı kəndində anadan olub.

Qeyd edək ki, Köçərli Həsənov uzun illər “Azərsu” ASC-nin sədrinin müavini vəzifəsində çalışıb. Bu il isə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinə sədr təyin olunub.

Xəbər xətti