Azərbaycan yeni minaatan istehsal edib

16:19 - 24 Sentyabr 2024 - Xəbər

Azərbaycan yeni minaatan istehsal edib.

Ucnoqta.az xəbər verir ki, çapı 60 mm minatan ilk dəfə bu gün Bakıda “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilib.

Minaatanın atış məsafəsi 2 400 metrdir. Bunun digər minaatanlardan fərqi çəkisinin az olması və rahatlıqla daşınmasıdır.

Minaatan artıq sınaqdan çıxarılaraq Azərbaycan Ordusunun istifadəsinə verilib.

Xəbər xətti