Şəkidə mikroavtobus yanıb

15:30 - 25 Sentyabr 2024 - HADİSƏ

Şəkidə mikroavtobusda yanğın olub.

APA-nın məlumatına görə, hadisə günorta saatlarında rayonun Qoxmuq kəndi ərazisində baş verib. Rayon sakini Azad Yusif oğlu Babayevə məxsus "Mercedes-vito" markalı, 99 HT 247 dövlət nömrə nişanlı mikroavtobusda baş verən yanğının söndürülməsi üçün Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində mikroavtobusun mühərrik hissəsi yanıb. Mikroavtobusda sərnişin olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti