Dünənki qəzada həlak olan hərbçilərin - Fotosu

18:42 - 25 Sentyabr 2024 - Cəmiyyət

Xəbər verdiyimiz kimi, ötən gün Biləsuvar rayonunda baş vermiş ağır qəzada ikisi hərbçi olmaqla 5 nəfər həlak olub.

“Qafqazinfo”nun məlumatına görə, vəfat edən hərbçilər -  Cəlilabad rayonundan olan 1994-cü il təvəllüdlü Hüseynov Pərviz Allahşükür oğlu və 1995-ci il təvəllüdlü İsayev Vasif Əkbər oğlu Vətən müharibəsi iştirakçıları olub.

Qeyd edək ki, toy karvanında yer alan “VAZ” markalı avtomobilin yük maşınına çırpılması nəticəsində toya gedən 5 nəfər ölüb. Onlardan biri dünən toyu planlaşdırılan bəyin bacısı, digərləri isə yaxın qohumu olub.


Xəbər xətti