Bakıda üç qəsəbədə su kəsiləcək

18:51 - 25 Sentyabr 2024 - Cəmiyyət

Sabah Bakının Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Fasiləyə səbəb, su anbarından çıxan xəttin üzərinə sayğacın quraşdırılması səbəbilə saat 06:00-dan 20:00-a qədər təmir işlərinin aparılmasıdır.

İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi istiqamətində prosedurlara başlanılacaq.

Xəbər xətti