Azərbaycandan İrana keçmək istəyən 4 əfqan saxlanıldı

15:36 - 25 Sentyabr 2024 - Xəbər

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Hadisə “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində baş verib.

İrana keçmək istəyən Əfqanıstan vətəndaşları - 2002-ci il təvəllüdlü Mədəvi Muhəmmədxəlil Cavad, 2003-cü il təvəllüdlü Məhəmmədi Əlirza Məhəmmədhəsən, 2004-cü il təvəllüdlü Rzayi Əzizulla Məhəmmədalim və 2006-cı il təvəllüdlü Məhəmmədi Mehdi Zaher saxlanılıb.

Xəbər xətti