Los-Ancelesdə avtobus qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

16:30 - 25 Sentyabr 2024 - DÜNYA

Polis Los-Ancelesdə bir nəfərin yaralanması ilə nəticələnən avtobusu qaçırmaqda şübhəli bilinən şəxsi saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.

Məlumata görə, yaralı xəstəxanaya yerləşdirilib və xəsarət alıb.
Los Anceles Polis Departamentinin sözçüsü avtobus sürücüsünün SWAT qrupları tərəfindən azad edildiyini və xəsarət almadığını bildirib.

İstintaq davam edir.

Xəbər xətti