"Səni axtarıram"da şok ittihamlar səsləndirən Ramal haradadır? - AÇIQLAMA

10:45 - 25 Sentyabr 2024 - Cəmiyyət

Bir neçə gün öncə 3 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsindən qaçaraq küçədə yaşadığı məlum olan 13 yaşlı Ramal Rəsulovun "Səni axtarıram" verilişində səsləndirdiyi ağır ittihamlar hər kəsi şoka salmışdı. 

Bu hadisədən sonra Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən adıçəkilən müəssisə ilə bağlı araşdırmalar başlanıb. 

Ucnoqta.az xəbər verir ki, Sosial Xidmətlər Agentliyininin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov məsələ ilə bağlı Manset.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda 13 yaşlı Ramal Rəsulov sosial reabilitasiya prosesinə cəlb edilib:

"3 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsinin sakini Ramal Rəsulov özünün istəyinə əsasən və mövcud psixoloji vəziyyəti nəzərə alınaraq, Sosial Xidmətlər Agentliyin digər müəssisəsinə yerləşdirilib. O, burada lazımi sosial xidmətlərlə təmin olunmaqla sosial-reabilitasiya prosesinə cəlb edilib".

Murad Həşimov qeyd edib ki, yaxın günlərdə bununla bağlı mətbuata əlavə məlumat veriləcək.

Xəbər xətti