Mütəxəssislərin şəfa mənbəyi adlandırdığı MEYVƏ

07:02 - 26 Sentyabr 2024 - DİGƏR

Məlum olub ki, mütəxəssislərin şəfa mənbəyi kimi qələmə verdiyi manqo həm də son zamanlar gündəmdə olan uzunömürlülük üçün təsirli qidadır.

Ucnoqta.az xəbər verir ki, həkimlərin istehlak edilməsini tövsiyə etdiyi manqo həm vitamin, həm də minerallarla zəngindir və çox qidalıdır.
İmmuniteti gücləndirən xüsusiyyətlərə malik olan tropik meyvələr göz və dəri sağlamlığına da faydalıdır.

Məlumdur ki, müntəzəm olaraq istehlak edildikdə yaşlanma əleyhinə təsir göstərir. Qidalandırıcı meyvə olan manqo fol turşusu, maqnezium və kaliumla yanaşı vitamin və minerallarla da zəngindir. Aşağı kalorili olması ilə seçilən tropik meyvə, tərkibindəki güclü lif sayəsində bağırsaq hərəkətlərini tənzimləyir.

Həkimlərin şəfa mənbəyi olaraq gördüyü manqonun ürək-damar sağlamlığı baxımından da çox əhəmiyyətli yeri var.
Xolesterini aşağı salan və qan şəkərini tarazlayan meyvə, antioksidant təsiri ilə də bəzi xərçəng növlərinə qarşı mübarizə aparır.

Xəbər xətti