Məşhur aktrisa ərinin 80 illik yubileyi şərəfinə çılpaq şəklini paylaşıb - Foto

00:58 - 27 Sentyabr 2024 - MAQAZİN

Britaniyalı aktrisa Ketrin Zeta-Cons əri, amerikalı aktyor Maykl Duqlasın 80 illik yubileyi şərəfinə arxivdəki səmimi fotosunu nümayiş etdirib.

Ucnoqta.az xəbər verir ki, müvafiq foto onun İnstaqram hesabında yer alıb.
Aktrisa paylaşılan fotoda vanna otağında güzgünün yanında kamera qarşısında yan dayanaraq pozalar verib. O, tamamilə çılpaq görünüb, yalnız hündürdaban sandalet geyinib.

Altyazıda ulduz əri ilə 25 ildir ad günlərini birlikdə qeyd etdiklərini qeyd edib. Məşhurlar eyni gündə - sentyabrın 25-də anadan olublar.


Xəbər xətti