“Tost” maliyyə piramidası dağıldı

13:12 - 26 Sentyabr 2024 - Xəbər

TOST idarəçiləri bütün vəsaiti götürüb yoxa çıxdılar.

Ucnoqta.az xəbər verir ki, bu barədə bloger Fərid Pərdəşünas məlumat yayıb. Onun bildirdiyinə görə, bu gün ödənilməli olan ödənişlərin heç biri baş tutmayıb:

"Minlərlə azərbaycanlı ailəsi son qazancını, kreditə götürdüyü vəsaiti, toy qızıllarını satıb bu şəbəkəyə yatırmışdı. Çox sayda insan pərişan vəziyyətdə qalıb.

Bu platformadan qazananlar, sən partlatdın deyib həyasızca rəy yazanlar anlamırlar ki, onlar sadəcə başqalarının vəsaitini götürürdülər. Piramida böyüdükcə verdiyi zərər artır".

Fərdi Pərdəşünas lazımı tədbirlər alındığını və bu növ hədələrə qarşı ən sərt tədbirlər görüləcəyini qeyd edib.

Qeyd eədk ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsin “Tost” maliyyə pramidası ilə bağlı araşdırma aparır.

Xəbər xətti