Zelenski və Bayden görüşüb

11:34 - 26 Sentyabr 2024 - DÜNYA

Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski və Co Bayden Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində görüşüblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna liderinin rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, Zelenski Co Baydenə və Amerika Birləşmiş Ştatlarına Ukraynaya göstərdiyi dəstəyə görə təşəkkür edib.

Qeyd olunur ki, Zelenski Baydenə cəbhədəki vəziyyət və liderlərin Vaşinqtonda danışıqlar zamanı müzakirə etməyə razılaşdıqları qələbə planı barədə məlumat verib.

Xəbər xətti