34 ilini ölüm kamerasında keçirən boksçuya bəraət verildi

12:26 - 26 Sentyabr 2024 - DÜNYA

Yaponiya məhkəməsi 34 ilini ölüm kamerasında keçirmiş şəxsə nəhayət ki, bəraət qazandırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Qeyd olunur ki, 88 yaşlı İvao Hakamataya qarşı irəli sürülən ittihamların uydurma olduğu üzə çıxdığı üçün 2014-cü ildə sərbəst buraxılıb,
Prokurorluq bu qərara etiraz edib, lakin işə baxılmasına cəmi 9 il sonra - 2023-cü ildə başlanılıb.

Belə ki, keçmiş yapon boksçusu İvao Hakamada təxminən 60 il əvvəl saxlanılıb. 30 iyun 1966-cı ildə kiçik bir lobya pastası şirkətinin prezidenti, həyat yoldaşı və iki uşağı öz evində öldürülmüşdü. Hakamata şirkətinin əməkdaşı qətldə şübhəli bilinərək həbs edilib və 1968-ci ildə o, ölüm cəzasına məhkum edilib.///tass

Xəbər xətti