Dünyada hər 3 uşaqdan birində görmə problem var

06:39 - 26 Sentyabr 2024 - Cəmiyyət

Çində aparılan bir araşdırma, hər 3 uşaqdan ən az birində uzaqları yaxşı görmə problemi olan miyopiyaya sahib olduğunu aşkar edib.

Ucnoqta.az xəbər verir ki, araşdırma "British Journal of Ophthalmology"də dərc olunub.
Çinin Sun Yat-Sen Universitetinin alimləri tərəfindən aparılan araşdırma çərçivəsində müxtəlif qitələrdə 50 ölkədən 5 milyondan çox uşaq və gəncin uzaq görmə səviyyələri araşdırılıb.

Müayinə nəticəsində tədqiqatçılar müəyyən ediblər ki, hər 3 uşaqdan ən azı biri miyopikdir.
Bu nisbətin zamanla artacağını gözlədiklərini ifadə edən tədqiqatçılar, 2050-ci ilə qədər təxminən 740 milyon uşaq və gəncin miyopi ola biləcəyi qənaətinə gəliblər.
1990-2023-cü illər arasında miyopiyanın 3 dəfə artaraq 36 faizə çatdığını təsbit edən tədqiqatçılar, Covid-19 epidemiyası ilə qapalı məkanda vaxtın artması ilə bu göz qüsurunun "əhəmiyyətli dərəcədə" artdığını qeyd ediblər.

Genetikaya görə də meydana gələn miyopiyada xarici faktorların əhəmiyyətinə diqqət çəkən tədqiqatçılar, uşaqların təhsilə daha erkən başladığı Asiya qitəsində uzaqdan aydın görə bilməmə probleminin Afrika ilə müqayisədə 7 qat daha çox rast gəlindiyini bildiriblər. 
Uzun müddət ekran qarşısında qalmanın miyopiya riskini artırdığını bildirən tədqiqatçılar, oğlanlara nisbətən çöldə daha az vaxt keçirən qızların evdə “telefonun ekranına yaxın məsafədən baxmağı tələb edən fəaliyyətlərlə” məşğul olduqlarını qeyd ediblər.
Tədqiqatçılar bu vəziyyətə görə miopiyanın qızlarda oğlanlara nisbətən daha çox təsbit edildiyini bildiriblər.
"Miyopiyanın gələcəkdə qlobal sağlamlıq probleminə çevrilə biləcəyini qəbul etmək çox vacibdir", - tədqiqatın müəllifləri yazıblar.

Xəbər xətti