Mirzoyan Fransa xarici işlər naziri ilə görüşüb

13:06 - 26 Sentyabr 2024 - DÜNYA

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Fransa xarici işlər naziri Jan-Noel Barro görüşüb

Ucnoqta.az xəbər verir ki, görüşdə Ermənistan və Fransa arasında əməkdaşlıq gündəliyinə dair geniş spektrli məsələlərə, RA-Aİ tərəfdaşlığının yeni gündəliyinə, regional hadisələrə toxunulub.

Mirzoyan və Barro qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə addımları müzakirə ediblər.

Regional kontekstdə Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti və çağırışlar, regionda davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər xətti